Almaniya AB-nin Ukraynaya 9 milyard avroluq yardım paketinin bloklayıb.

"Unikal" İtaliyanın "Corriere della Sera" qəzetin istinadən xəbər verir ki, Almaniya höküməti bir aydır ki, Ukraynaya Avroopa birliyi ölkələrindən 9 milyard avroluq maliyyə yardımı paketini əngəlləyir.

Nəşrin yazdığına görə, Almaniyanın maliyyə naziri Kristian Lindner Avropa Komissiyasının ilkin olaraq COVİD-19 pandemiyasının nəticələrinin qarşısını almaq üçün nəzərdə tutulmuş Avropanın ümumi borcu hesabına Kiyev rejiminə yardım göstərmək planlarını dəstəkləmir. Bundan əlavə nəşrin müəllifləri vurğulayıblar ki, Ukrayna hakimiyyəti iqtisadiyyatın və ordunun ehtiyaclarını 5 milyard dollar dəyərində qiymətləndirib.

Eyni zamanda,Ukrayna anonim mənbənin sözlərinə görə, vəsaiti aldıqdan sonra sentyabrda vəsaiti aldıqdan sonra sentyabrda defolt etməyi planlaşdırır. Nüfuzlu nəşr onu da əlavə edib ki, Almaniya hakimiyyətinin davrabışı Ukraynada məyusluq və narazılıq yaradır. Brüsseldən olan mənbənin sözlərinə görə, Ukrayna hakimiyyəti başa düşür ki, Almaiya sadəcə olaraq gələcəkdə Avropaya qaz tədarükünə zəmanət verəcək anti-Rusiya sanksiyalarından yan keçmək üçün Kiyevə pul ayırmağa tələsmir. Daha əvvəl bildirilmişdi ki, Ukraynanın Berlindəki səfiri Andriy Melnikin işdən çıxarılmasının səbəblərindən biri Almaniya hakimiyyətinin kiyev rejiminə 9 milyard avro dəyərində maliyyə yardımı paketi verməkdən imtina etməsidir. 

Gültəkin