ABŞ prezidenti Co Bayden səhvən oğlu Bo Baydenin İraqda dünyasını dəyişdiyini deyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Kolorado ştatındakı çıxışında danışıb. 

 “Təsəvvür edin. Mən bunu səmimi şəkildə deyirəm. Mən bunu “Bürünc ulduz” medalı alan və İraqda həyatını itirən bir şəxsin atası kimi deyirəm",- deyə Bayden ifadə edib.  

Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-da 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.