Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bunu bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət almış 11 nəfərin müalicəsi Bartın şəhərində və İstanbulda davam edir.

Hadisə zamanı mədəndə olan 100 nəfərdən 58-i xilas edilib.

Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.

***

09:13
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

***

14 oktyabr, 23:55

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda 14 nəfər həyatını itirib. 

"Unikal" xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu jurnalistlərə açıqlamsında mədəndəki partlayışda 14 nəfərin öldüyünü bildirib.  

22:52

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda iki nəfər həyatını itirib. 

"Unikal" xəbər verir ki, partlayışda 2 nəfər ölüb, 20 nəfər yaralanıb. 

21:57

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

"Unikal" xəbər verir ki, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.

O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.

21:02

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayışda yer altında qalan  daha 11 işçi xilas edilib.

"Unikal" xəbər verir ki, Amasra Bələdiyyə Başçısı Recai Çakır yanğının baş verdiyi mədəndəki son vəziyyətlə bağlı açıqlama verib. 

İçəridə 87 işçinin olduğunu bildirən Çakır, 11 işçinin xilas edildiyini bildirib.

"Sağlamlıqları çox yaxşıdır. Dəbilqələrdəki çip üzərində edilən nəzarətlərə görə, 6 işçinin hərəkətsiz olduğu görülür" deyə bələdiyyə başçısı qeyd edib.

21:30

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayışda yer altında qalan 2 işçi xilas edilib. 

"Unikal" xəbər verir ki, hadisədən sonra bölgəyə göndərilən qruplar çökmə baş verən ərazidən 2 işçini çıxarıb. Səhhətləri yaxşı olan işçilər "Şiddətli partlayış oldu. Bütün yer qaranlığa qərq oldu" deyə açıqlama veriblər.

Səlahiyyətlilər partlayış zamanı yerin altında çox sayda işçinin olduğunu bildirib.

20:45

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.

Yerin altında fəhlələrin olduğu bildirilir. Bartın qubernatorluğundan verilən açıqlamada, "Saat 18:15 radələrində Amasra Taşkömürü Müəssisəsində -300 yüksəklikdə partlayış baş verib"- deyə bildirilib.