Macarıstan Rusiyanın təxminən 350 milyard forint, yəni 870 milyon avro dəyərində aktivlərini dondurub.

"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın "Nepszava" nəşri məlumat dərc edib. 

Qeyd edək ki, noyabr hesabatından əvvəl Budapeşt Brüsselə cəmi 3000 avronun ələ keçirilməsi barədə məlumat vermişdi.

Məlumata görə, 870 milyon avro hətta digər Avropa ölkələri ilə müqayisədə əhəmiyyətli məbləğdir. Sanksiyaya məruz qalan əsas aktivlər Macarıstanda aşkar edilib. 

Ağarza Elçinoğlu