Malayziyanın Selangor şəhərindəki düşərgədə baş verən sürüşmə nəticəsində ölənlərin sayı 30-a çatıb.

"Unikal" xəbər verir ki, dekabrın 16-da Malayziyanın paytaxtı Kuala Lumpurun şimalında, Selangor əyalətinin Batanq Kali rayonunda düşərgədə baş verən sürüşmə fəlakətində balans daha da pisləşib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada bölgədə davam edən axtarış-xilasetmə işləri çərçivəsində bir qadın, bir kişi və daha 2 uşağın cəsədinin tapıldığı və ümumi can itkisinin 30-a yüksəldiyi qeyd olunub. Yerin altında qaldığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir.