Avropa İttifaqı Şurası qazın dinamik qiymət tavanını 1 MVt/saat üçün 180 avro səviyyəsində təsdiqləyib.

"Unikal" xəbər verir ki, qərar 2023-cü il fevralın 15-də qüvvəyə minəcək və bir il davam edəcək.

Yeni tədbirlər enerji təchizatının təhlükəsizliyini və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, Aİ-də dünya bazar qiymətlərini əks etdirməyən qazın qiymətinin qalxması hallarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, hələ dekabrın 19-da Aİ ölkələri qazın qiymətinin məhdudlaşdırılması məsələsində razılığa gəliblər.