Kolumbiyada hərbi nəzarət məntəqəsinə yerləşdirilmiş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində 4 əsgər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, Antiokiya inzibati bölgəsindəki Briçeno qəsəbəsində hərbi nəzarət məntəqəsinə yerləşdirilən əl istehsalı bomba partlayıb.

Partlayışda yaralanan 4 əsgərin vəziyyətinin ağır olduğu bildirilir. 

Hücuma görə, keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) bağlı silahlı qruplaşma şübhəli bilinib.