İranın Londondakı səfiri Möhsün Bəhərvənd etirazçıların hücumuna məruz qalıb. 

"Unikal"  xəbər verir ki,  bu barədə İran teleqram kanallarında məlumat yayılıb. 

Bildirilir ki, səfir oğlu ilə birgə işdən çıxıb avtomobilə minmək istəyərkən etirazçılarla qarşılaşıb. İnsanlardan qaçan səfir dərhal səfirliyin binasına geri qayıdıb.