Sankt-Peterburqda istehsal və anbar binasında güclü yanğın baş verib. 

"Unikal" xəbər verir ki, yanğın 300 kvadratmetr sahədə olub. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsinə 15 texnika və 75 xilasedicisi cəlb olunub.

Zərərçəkənlər barədə heç bir məlumat verilməyib. 

Ağarza Elçinoğlu