"Rusiya Dağlıq Qarabağa sülhməramlılar göndərmək qərarı ilə mülki əhalinin təhlükəsizliyinin və mülki infrastrukturun qarantı rolunu öz üzərinə götürüb".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib. 

Baş nazir Rusiyanın təhlükəsizlik funksiyasını tam şəkildə yerinə yetirəcəyinə ümid etdiyini açıqlayıb: "Lakin əgər bizim dostumuz və müttəfiqimiz Rusiya Federasiyasının hansısa obyektiv səbəbdən bu rolunu yerinə yetirə bilmirsə, məncə, təhlükə barədə xəbərdarlıq edərək BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir".

Paşinyan həmçinin qeyd edib ki, onun Rusiya sülhməramlılarına və onların fəaliyyətinə qarşı qərəzli mövqeyi yoxdur.

Ağarza Elçinoğlu