2028-ci il Avropa Çempionatı Böyük Britaniya və ya Türkiyədə keçirilə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya və İrlandiya Futbol Federasiyaları AVRO-2028-ə ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər. Bundan əlavə, Türkiyədən müraciət qəbul edilib. Türkiyə Futbol Federasiyası 2032-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün ərizə göndərib. İtaliya hələ də Avro-2032-yə ev sahibliyi etmək iddiasındadır.

Qeyd olunur ki, yaxın aylarda UEFA administrasiyası hər bir müraciətə baxacaq və UEFA İcraiyyə Komitəsi oktyabrda hər iki turnirə ev sahibliyi etmək hüququna dair səs verəcək.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada keçiriləcək.