ABŞ hakimiyyəti Vaşinqtonun Kiyevə birbaşa büdcədən ayırdığı vəsaitlərin Ukrayna hökumətinin istifadəsinə nəzarəti gücləndirmək üçün 20 milyon dollar ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bazar ertəsi yaydığı bəyanatda deyilir.

ABŞ hökuməti ABŞ-ın Ukraynaya birbaşa büdcə dəstəyinə nəzarəti və şəffaflığı daha da artırmaq üçün əlavə 20 milyon dollar ayırır.

Agentlik onu da vurğulayıb ki, belə bir tədbir ABŞ-ın Kiyevə verdiyi yardımdan istifadə edərkən “Ukrayna hökumətinin nəzarətini və hesabatlılığını daha da gücləndirməlidir”.