III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başa çatıb. 

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir. 

***14:21

Bu gün Böyük Britaniyanın Kralı III Çarlzın tacqoyma mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, mərasimə 200-dən çox ölkədən iki mindən çox qonaq dəvət olunub.

Təntənəli kortej Bukinqem sarayından Vestminster abbatlığına keçəcək, daha sonra kral və həyat yoldaşı saraya qayıdacaqlar.

Qeyd edək ki, Böyük Britaniyada sonuncu dəfə tacqoyma mərasimi 1952-ci ildə baş tutub - həmin vaxt Kraliça II Elizabet taxta çıxıb.