Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

"Unikal" xəbər verir ki, fərmana görə sanksiya siyahısına düşən təşkilatlar arasında elmi-tədqiqat müəssisələri də var.

Belarusun 17 müəssisəsi, o cümlədən Qomselmaş, Qomel Tökmə Zavodu və Mogilyovv Vaqon Zavodu da sanksiyaya məruz qalıb.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.