Türkiyədə prezident və parlament seçkilərində səsvermə zamanı möhür qırma trendi başladaraq sosial media hesablarında paylaşanlara qarşı tədbir görüləcək.

"Unikal" xəbər verir ki, həmin şəxslərə qarşı cinayət işi başladılacaq.

Onların hərəkətləri qəsdən təxribat, seçki prosesini uzatmaq üçün atılan addımlar kimi qiymətləndirilib.

Bu təxribatı törədənləri 7 ilə kimi həbs gözləyir.