"Danimarka F-16 qırıcılarını Ukraynaya təhvil verməyə hazırdır, lakin bunu yalnız digər ölkələrlə birgə həyata keçirəcək".

"Unikal" xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen deyib. 

O qeyd edib ki, Kiyev münaqişədə qalib gəlmək istəyirsə, Ukraynanın bu təyyarələrə çox ehtiyacı var. Poulsen bildirib ki, F-16-nın transferinin mümkün qədər effektiv olması üçün dövlətlərin koalisiyası lazımdır: "Biz bunu təkbaşına həll edə bilmərik, çünki bunun üçün ABŞ icazəsi lazımdır".