Stokholmda mərkəzi məscidin qarşısında “Quran”ı yandıran şəxs cərimələnə bilər.

"Unikal" xəbər verir ki, İsveç polisinin məlumatına görə, 37 yaşlı İraq əsilli miqrant Salvan Momika “Quran”ı məscidin qarşısında yandırmaqla bir qrup şəxsə qarşı təhrik etməkdə təqsirli bilinir və bununla bağlı araşdırmalar aparılır.

Onun barəsində habelə, İsveçdə mövcud od qalamaq qadağasını pozduğuna görə araşdırma gedir.