Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki,  bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Bundan əvvəl Putini seçkilərdə qazandığı qələbə münasibətilə Tacikistan prezidenti Emoməli Rəhmon, Honduras prezidenti Xiomara Kastro, Venesuela prezidenti Nikolas Maduro və digər ölkələrin liderləri təbrik ediblər.