Xalqların Demokratik Konqresi (HDK), Xalq Bərabərlik və Demokratiya Partiyası (DEM Partiyası) və Azad Qadın Hərəkatının (TJA) təşkilatçılığı ilə İstanbulda Novruz şənliyi qeyd olunub. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yenikapı Mitinq Sahəsində baş tutan şənlikdə terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın posterləri açılıb.

Musiqi sədaları altında halay rəqslərinin nümayiş olunduğu, müxtəlif konsertlərin təşkil olunduğu, tonqalların yandırıldığı tədbirdə terror təşkilatı PKK lideri Abdullah Öcalan və HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın lehinə şüarlar səsləndirilib.

Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Tədbirdən sonra iştirakçılar dağılışarkən, polisə müqavimət göstərən bəzi şəxslər saxlanılıb. Saxlanılan şəxslərin sayı açıqlanmayıb. 

Gülayə Mecid