Xəbər verdiyimiz kimi, Qərbi Afrika ölkəsi olan Siyerra-Leoneda narkotikə görə fövqəladə vəziyyət elan edilib.

"Unikal" xəbər verir ki, ölkədə "Kuş" narkotikindən sui-istifadə hallarının kəskin artdığı bir vaxtda polis gənclərin qəbir qazmasının qarşısını almaq üçün paytaxt Fritaun şəhərində qəbiristanlıqları qorumağa başlayıb.

Belə ki, gənclər ölmüş insanların qalıqlarını oğurlayaraq, sümüklərini üyüdürlər. Və insan sümüyünün tozunu narkotik maddənin tərkibində qatırlar. Bununla da, dərmanın təsirini artırdığı iddia edilir.

Zərifə Nağıyeva