Astarada fərdi yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Astara rayonunun Marzəsə kəndində, 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

Ümumi sahəsi 260 kvadrat metr olan 2 mərtəbəli 6 otaqlı ev yanar konstruksiyaları və əşyaları ilə birgə tamamilə yanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.