Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Tahir Mirkişili təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Unikal.org xəbər verir ki, 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişili 2-ci mikrorayon ərazisində  seçicilərlə görüş keçirib.

Tədbirdə ötən dövr ərzində Tahir Mirkişilinin fəaliyyətini özündə əks etdirən hesabat videosu izlənilib. Daha sonra görüş dialoq şəklində davam edib.

Seçicilərin fikirləri, təklifləri dinlənilib və namizəd seçicilərin suallarını cavablandırıb.